Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

dəmir yolunun Gürcüstan hissəsi sentyabrda istismara tam hazır ol

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Zaman Novruzov və Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsində həyata keçirilmiş işlərlə yerində tanış olublar. Dövlət rəsmiləri Gürcüstanın Tsalka rayonunda və Cavaxetiya bölgəsinin Ninotsminda və Axalkalaki rayonlarında dəmir yoluna baxış keçiriblər. Dəmir yolu xəttinin Marabda-Axalkalaki-Karsaxi-Türkiyə sərhədi hissəsində yerləşən Tsalka, Toparavani, Kartsaxi stansiyalarında tikinti-quraşdırma və son tamamlama işləri ilə maraqlanıblar. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini və səfir Axalkalaki stansiyası kompleksində və Gürcüstan-Türkiyə sərhədində yerləşən 4200 metrlik tuneldə aparılan intensiv son tamamlanma işləri ilə də yaxından tanış olublar. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin bu ilin sentyabr ayında istismara tam hazır olacağı bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır