Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

dəmiryolu xəttinin detalları müzakirə olun

Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkcinin sabah başlayacaq Bakı səfərinin detalları məlum olub. Tüfenkci səfər çərçivəsində tarixi İpək Yolunu canlandıracaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin gömrük prosedurları və sərhəd keçidlərinin sürətləndirilməsi məqsədilə üçtərəfli görüşdə iştirak edəcək. Tədbirdə B.Tüfenkci ilə yanaşı, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili də iştirak edəcəklər. Görüş zamanı həmçinin Türkiyə, Azərbaycan və Gürcüstanın Avropa ilə Asiya arasında körpü rolunun gücləndirilməsi, gömrük sərhədlərində ticarətin asanlaşdırılması, habelə qanunsuz ticarətə qarşı birgə mübarizənin aparılması ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub. Xatırladaq ki, B.Tüfenkcinin Azərbaycana səfəri iyulun 18-19-da baş tutacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır