Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

rbaycan e-TİR və e-SMR layihələrinə qoşul

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı Azərbaycana elektron məlumat mübadiləsi məqsədilə tətbiq edilən e-TİR və e-SMR layihələrinə qoşulmağı təklif edib. Gürcüstanın paytaxtı Tbilisidə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə konfransı və sərgisində iştirak edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) baş katibi Umberto de Pretto ilə görüşüb. Komitə sədri Azərbaycanın gömrük sistemi, mövcud qanunvericilik bazası, habelə ölkəmizin iqtisadi inkişafı, turizm imkanları, beynəlxalq kommunikasiya sistemindəki yeri və rolu barədə ətraflı məlumat verib. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) baş katibi Umberto de Pretto elektron məlumat mübadiləsi məqsədilə tətbiq edilən e-TİR və e-SMR layihələrindən bəhs edib və bu layihələrin artıq İran və Türkiyədə uğurla reallaşdırıldığını vurğulayıb. Umberto de Pretto adıçəkilən layihələr çərçivəsində Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq duyacaqlarını bildirib. e-TİR və e-SMR layihələrinə qoşulmaq barədə verilən təklifi müsbət dəyərləndirən DGK sədri Aydın Əliyev Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı respublikamızda həyata keçirdiyi islahatlar və layihələr barədə ətraflı məlumat verib, ölkə başçısının reallaşdırdığı proqramlar çərçivəsində Azərbaycanın tranzit potensialının artırılması, ölkəmiz vasitəsilə tranzit daşımaların asan və maneəsiz həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır