Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

zər dənizində yeni dərin liman inşa edilə

Xəzər dənizində yeni dərin liman inşa ediləcək. Dağıstanda Kaspiysk yaxınlığında yeni limanının tikintisi layihəsində iştirak etmək üçün investor seçimində, artıq xarici investorların layihəyə maraq göstərməsinə baxmayaraq, prioritet Rusiya şirkətlərinə veriləcək. Seanews.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə Rusiyanın Şimali Qafqaz üzrə nazirinin birinci müavini, “Şimali Qafqaz İnkişaf Korporasiyası” ASC-nin Direktorlar Şurasının sədri Odes Baysultanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib. Onun sözlərinə görə, konsepsiya yaxın iki ay ərzində qəbul olunmalıdır. Eyni zamanda, O.Baysultanov yeni limanın yaradılmasından sonra Mahaçqaladakı limanın da işləyəcəyini deyib: “Amma beynəlxalq status yeni tikilən limanda olacaq. Bütün yükdaşımalar oradan həyata keçiriləcək. Mahaçqala limanından isə əsasən daxili istiqamətlərdə sərnişin axını üçün istifadə olunması planlaşdırılır”. Nazirin birinci müavini bildirib ki, yeni limanın tikintisinə və mövcud limanların müasirləşdirilməsinə ehtiyac hazırda formalaşmaqda olan nəqliyyat və yük axınlarını daxil olmaq zərurəti ilə əsasılanır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır