Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

mud Vaezi: İran ilə Azərbaycanın dəmir yolları birləşə

İran ilə Azərbaycanın dəmir yolları birləşəcək və bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) formalaşmasında mühüm rol oynayacaq. Seanews.az “Azərtac”-a istinadən xəbər verir ki, bu sözləri İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı çıxışı zamanı deyib. M. Vaezi qeyd edib ki, İran qədim İpək Yolunun üzərində yerləşir və bu gün beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında aparıcı rola malikdir. İran MDB dövlətləri ilə iqtisadi əlaqələrini inkişaf etdirərək genişləndirməkdə maraqlıdır və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bu inkişafı təmin edəcək. Mahmud Vaezi İranın Şanxay Əməkdaşlıq Təşkilatı ilə də yaxın əlaqələr qurmaq niyyətində olduğunu nəzərə çatdırıb.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır