Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

rbaycan, Gürcüstan və İran yüklərin Avropaya daşınması ilə bağlı işçi qrupu yarad

Azərbaycan, Gürcüstan və İranın dəmir yolları Fars körfəzi regionundan və Hindistandan yüklərin Avropaya və əks istiqamətdə daşınması işlərini koordinasiya etmək üçün işçi qrupu yaradacaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş zamanı qərar qəbul edilib. Görüşdə yüklərin (konteyner daşımaları) Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə quru yolla daşımalarının təşkili, Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə Azərbaycan və İran limanlarının vasitəsilə yük daşımalarının (konteyner daşımaları) təşkili, tərəflərin dəmir yollarında yük vaqonlarının təkər arabacıqlarının dəyişdirilərək (1520 millimetr standartlı izdən 1435 millimetr standartlı izə və əksinə keçirilərək) hərəkəti məsələləri müzakirə olunub. Bildirilib ki, hazırda Fars körfəzi regionundan və Hindistandan Avropaya və əks istiqamətdə böyük həcmdə yüklər dəniz nəqliyyatı ilə daşınır və bu da 30-40 günə başa gəlir. Yüklərin Gürcüstan, Azərbaycan və İran üzərindən yönləndirilməsi daşınma vaxtının azaldılmasını təmin edəcək. Bununla bərabər, marşrut üzrə rəqabətədavamlı tariflərin tətbiqi də vacib amillərdən biridir. Görüşdə işlərin koordinasiya edilməsi üçün İşçi Qrupunun yaradılması, Poti/Batumi-Astara-Poti/Batumi (perspektivdə Qəzvin-Tehran/Bəndər-Abbas-Qəzvin) marşrutu üzrə konteyner qatarının təşkil edilməsi, marşrutun dəniz hissəsində yükdaşıma qiymətinin optimallaşdırılması üçün dəniz daşımaçılarıyla danışıqların təşkili qərara alınıb. Müzakirə olunan məsələ ilə bağlı görüşlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb. Tədbirin sonunda üçtərəfli protokol imzalanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır