Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

əli Yıldırım: “BTQ dəmir yolu xəttinin tikintisi yekunlaşmaq üzrədi

Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisi yekunlaşmaq ərəfəsindədir. Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım  jurnalistlərə açıqlamasında məlumat verib.  Onun sözlərinə görə,  ilin sonunadək qatarlar  dəmir yolu ilə hərəkət edəcək: “Bununla BTQ-nin mərkəzi dəhlizinin vacib hissəsinin tikintisi və “Bir kəmər-bir yol” layihəsi başa çatacaq”, deyə  baş nazir bildirib.  Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırımın başçılıq etdiyi hökumətin nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.Türkiyə nümayəndə heyətinin üzvləri  bu gün keçiriləcək Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasında iştirak edəcəklər, daha sonra Gürcüstan xarici işlər naziri Mixail Canelidze ilə görüşəcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır