Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Kipr və Yunanıstan arasında bərə xidməti müqaviləsi daha üç il uzadılıb

Kipr və Yunanıstan hakimiyyəti iki ölkə arasında bərə xidməti müqaviləsini 2027-ci ilə qədər uzatmaq qərarına gəlib.

“Seanews.az” xəbər verir ki, bu barədə Kipr Respublikasının Gəmiçilik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Xüsusilə vurğulanır ki, iki ölkə arasında dəniz sərnişin daşımalarının olması tibbi səbəblərdən, qocalıqdan və ya aerofobiyaya görə hava nəqliyyatı ilə səyahət etməkdə çətinlik çəkən sərnişinlər üçün alternativ səyahət imkanları yaradıb.

2022-ci ilin iyun ayında Limassol və Pirey marşrutu üzrə ilk bərə yola düşdüyü gündən indiyədək 21 mindən çox sərnişin, 7 mindən çox avtomobil, eləcə də 700 ev heyvanı  daşınmışdır. "Bu rəqəmlər sərnişin dəniz daşımalarının zəruri olduğunu sübut edir", -  deyə Kiprin Gəmiçilik üzrə Dövlət Komitəsi yekunlaşdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır