Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-06,
Seanews
Heyder Eliyev

İlin ikinci rübündə Gürcüstan limanlarına yan alan gəmilərin 17,9%-i Türkiyə bayrağı ilə üzən gəmilər olub

Gürcüstan limanları və terminalları bu ilin ikinci rübündə 4,23 milyon ton yük işləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,9% çoxdur.

“Seanews.az” xəbər verir ki, aşırılan yüklərin 44,2 faizini ümumi yüklər, 33,9 faizini maye yüklər, 21,9 faizini toplu yüklər təşkil edib.

Hesabat dövründə Gürcüstan limanlarına yan alan gəmilərin 17,9%-i Türkiyə, 15,3%-i Panama, 10,9%-i Malta, 9,3%-i Liberiya, 46,6%-i isə digər ölkələrin bayraqları altında üzən gəmilər olub.

“Finmarket” yazır ki, ilin ikinci rübündə Gürcüstan limanlarının xidmətindən istifadə edən sərnişinlərin sayı iki dəfə artaraq 2,6 min nəfər təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır