Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-06-04,
Seanews
Heyder Eliyev

Finlandiyada sərnişin axınının 77%-i Helsinkidən keçir

2023-cü ilin yanvarında Finlandiyanın Helsinki limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 3,5% artaraq 1,15 milyon tona çatıb.

“Seanews.az”-ın məlumatına görə, limanın konteyner dövriyyəsi 16% artaraq 37,6 min TEU təşkil edib. Liman vasitəsilə daşınan texnikanın sayı 2,9% azalaraq 51 min vahid təşkil edib.

Finlandiyada sərnişin axınının 77%-i Helsinkidən keçir. Yanvarda limandan keçən sərnişinlərin sayı 4% azalaraq 498,1 min nəfər olub.

Hesabat dövründə limana 610 gəmi yan alıb ki, bu da 11% artım deməkdir.

Qeyd edək ki, 2022-ci ildə Helsinki limanının yük dövriyyəsi 15,18 milyon ton təşkil edib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır