Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Nəriman Nərimanov” tankeri əsaslı təmir ol

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  Nəqliyyat  Donanmasına  məxsus “Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub. “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər tam uğurla başa çatdırılıb.  Gəmi dəniz sınağından da uğurla çıxıb. Tankerin gövdəsi, elektrik, radio və naviqasiya avadanlıqları,  bütün  maşın  və  mexanizmlər,  baş  və  köməkçi  mühərriklər, boru sistemləri əsaslı təmir olunub. Gəminin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Üzən vasitənin idarəetmə sistemləri sazlanıb. Tankerin  gövdə hissəsində, yük anbarlarında və ballast çənlərində metalın keyfiyyətinə klass və konvensiyanın tələblərinə uyğun baxış keçirilib və lazımi gövdə-qaynaq işləri aparılıb. Tərsanə təmiri zamanı gəminin sualtı hissəsi, sükan və köməkçi qurğuları, kinqston qutuları, lövbər zəncirləri də təmir olunub. Məlumat üçün bildiririk  ki, “Nəriman Nərimanov” tankerinin uzunluğu 125.06, eni 16.63 metr, maksimal sürəti 11.3 uzeldir. Onun yükgötürmə qabiliyyəti 4987 ton təşkil edir.   Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni gəmilər hesabına donanmanın daha da gücləndirilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır