Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

rbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzərdən kənarda daha bir gəmi istismara v

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir.  AXDG  “Professor Əziz Əliyev” adında daha bir gəmini  Xəzərdən kənarda istismar edəcək. Gəmi Rusiyanın Nijni Novqorod şəhərində tikilib. Ən son tələblərə cavab verən tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 141, eni 16,7, suya oturumu 4,2, bortun hündürlüyü 6 metrdir.   Qara dəniz, Azov dənizi, Aralıq dənizi hövzələrində yükdaşıma əməliyyatları zamanı istismar olunacaq “Professor Əziz Əliyev” gəmisinin 14 nəfərlik bütün heyəti azərbaycanlılardan ibarətdir. Rusiya Təsnifat Cəmiyyətinin nəzarəti altında tikilən və istismar ediləcək gəminin təhlükəsiz idarəetmə sistemi isə Amerikanın “ABS” (Amerika Gəmiçilik Bürosu)  şirkətinə məxsusdur. Bununla belə, tankerin fəaliyyətinə Xəzərdənkənar hövzələrdə Azərbaycan bayrağı altında üzən gəmilərin daha səmərəli istismarına nail olmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Türkiyədə təsis etdiyi  “Casptankers” şirkəti nəzarət edəcək. “Professor Əziz Əliyev” gəmisi artıq ilk səfərini edib.  Bu gün tanker Tuapse limanından Bolqarıstana doğru yol alıb. Xatırladaq ki, “Professor Əziz Əliyev” gəmisi  AXDG-nin uzun fasilədən sonra Qara dənizdə istismar etdiyi  ilk tankerdir. İndiyədək Gəmiçiliyin xarici sularda üzən 10 gəmisi quru yüklər daşıyırdı. Onu da deyək ki, Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda fəaliyyəti uzun müddətdən sonra  2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır