Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  Xəzər Dəniz Neft Donnmasına məxsus “PSK 48”  sərnişin gəmisi tərsanəyə qaldırılıb. Tərsanə təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılır. Təmir müddətində gəminin kinqston və kinqston qutuları sazlanacaq. Sualtı və suüstü hissələri pas və dəniz bitki örtüyündən təmizlənərək rənglənəcək. Həmçinin “PSK48” -in sükan və avar qurğularının təmiri də nəzərdə tutulub. İşlər başa çatandan sonra gəmi registr yoxlanışından keçiriləcək. 60 sərnişin tutumuna malik gəminin maksimal sürəti 10 uzeldir. Uzunluğu 28,82, eni 6.5 metr olan “PSK 48”  təmirdən sonra da yenidən  neftçilərin daşınması üçün istifadə olunacaq. HƏMÇİNİN BAX: GƏMİ ÜZƏN TƏRSANƏDƏN NECƏ ÇIXIR? 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır