Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Süveyş kanalından 1 milyon 300 min gəmi keçib

Süveyş kanalının açılışının 150 illiyi qeyd olunub. Mərasimdə Misir rəsmiləri ilə yanaşı, xarici ölkələrin nümayəndələri də iştirak ediblər.

Süveyş Kanal Təşkilatının prezidenti Usame Rabi bu müddət ərzində kanaldan 1 milyon 300 mindən çox gəminin keçdiyini və bu keçidlərdən təqribən 135,6 milyard dollar gəlir əldə edildiyini bildirib. Rabi son bir ildə Kanalın 6 milyard dollar gəlir gətirdiyini və 2018-ci ildən indiyədək 19 mindən çox gəmi keçdiyini qeyd edib.

Süveyş kanalı 17 Noyabr 1869-cu ildə açılıb. 10 il ərzində qurulan kanalın inşasında 1 milyondan çox misirli çalışıb.

Aralıq dənizi və Qırmızı dənizi birləşdirən kanalın uzunluğu 193 kilometr, eni 220 metr və dərinliyi 24 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır