Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-12,
Seanews
Heyder Eliyev

Çin buzqıran gəminin tikintisini sürətləndirir

Çin yeni nəsil buzqıran gəmisinin tikintisini sürətləndirir.

“Seanews.az” xəbər verir ki, bu barədə Çinin Dəniz Layihə-Tədqiqat İnstitutunun baş konstruktoru Vu Qanq bildirib.

Buzqıranın elmi-tədqiqat gəmisi olduğu deyilir. Lakin iki metr qalınlığa qədər buzları yara bilməsi gəmini çoxfunksiyalı adlandırmağa imkan verir.

Buzqıran gəminin məqsədi ən çətin qütb şəraitində uzunmüddətli tapşırıqları yerinə yetirməkdir ki, bu da Çinin ucqar bölgələrdə ilboyu elmi tədqiqatlar aparmaq imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Çinin buzqıran donanmasının artım tempi heyranedicidir. Təkcə bu yay Arktikada qırmızı bayraqla üzən üç gəmi işləyir. “Naftogaz” xəbər agentliyi xatırladır ki, 1993-cü ilə qədər Çinin ümumiyyətlə buzqıran donanması olmayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır