Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

G-nin sifariş verdiyi”Ro-Pax” tipli gəmilərin tikintisi sürətlə davam etdir

Rəqabətədavamlı xidmət göstərmək üçün istənilən gəmiçilik şirkəti kimi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin də donanmasının daim yenilənməsi mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, bu məsələyə ölkədə xüsusi həssaslıqla yanaşılır. Məhz Prezident İlham Əliyevin qayğı və diqqəti nəticəsində son beş ildə Gəmiçiliyin balansına 20-dən çox yeni gəmi daxil edilib. Ölkə başçısının tapşırığına əsasən, bazarın tələbinə uyğun müasir üzən vasitələrin tikintisi işləri indi də uğurla icra olunur. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Bakı Gəmiqayırma Zavoduna sifariş verdiyi iki ədəd unikal “Ro-Pax” tipli gəmi-bərənin tikintisi sürətlə davam etdirilir. Hazırda Zavodda hər iki gəminin gövdə hissəsinin hazırlanması prosesi həyata keçirilir. Gövdə işləri yekunlaşdıqdan sonra gəmilərə lazımi avadanlıqlar yerləşdiriləcək,  kabellər çəkiləcək. Daha sonra rənglənmə prosesinə başlanacaq. Növbəti mərhələdə üzən vasitələrin sınaq işləri yerinə yetiriləcək. Tikinti altı aylıq intervalla aparıldığından yeni gəmi bərələr növbə ilə istismara veriləcək. İlk gəminin gələn ilin sentyabrında, digərinin isə 2020-ci ilin yanvarında təhvili planlaşdırılır. Unikal dizayna malik gəmilər texniki göstəricilərinə görə geniş imkanlara malik olacaq.  Uzunluğu 154,5, eni 17,7 metr olacaq gəmilərin sürəti 14 uzelə çatacaq. Gəmilər  56 çən, 46 yarımvaqon, 44 yük vaqonu, 50 yük maşını  və 100 sərnişin daşıya biləcək. Heyət sayı isə 30 nəfərdən ibarət olacaq Yeni nəsildən olan bu tipli gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə  birgə hazırlanıb. Əvvəllər bu tip gəmi-bərələr xaricdə tikilirdi və onların Volqa-Don kanalından Azərbaycan ərazisinə maneəsiz daxil ola bilməsi üçün eni, uzunluğu, hündürlüyü qısaldılırdı. Nəticədə isə sahə itkisinə yol verildiyindən yükdaşımaların həcmi azalırdı. İşin Bakı Gəmiqayırma Zavodunda həyata keçirilməsi sözügedən problemləri aradan qaldıracaq. Xəzərdə ilk olan yeni Ro-Pax/Bərə tipli gəmilərin tikintisi Azərbaycanda gəmiçilik sahəsi üçün strateji əhəmiyyətə malikdir və yalnız Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi üçün deyil, eyni zamanda Azərbaycanda yerli gəmiqayırma təcrübəsinin zənginləşməsi üçün mühüm hadisədir. Onu da deyək ki, gəmi-bərələrin tikintisi üzrə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Bakı Gəmiqayırma Zavodu arasında müqavilə 2016-cı ilin oktyabrında imzalanıb, ilk polad lövhələrin kəsimi isə 2017-ci ilin martında həyata keçirilib. Daha ətraflı aşağıdakı linkə keçid etməklə məlumat ala bilərsiniz. https://m.facebook.com/story.php?story_fbid=1139757182853067&id=1552265088318235


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır