Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Şanxayda dünyanın ən böyük LPG tankeri inşa edilib

Çin Dövlət Gəmiqayırma Korporasiyasının Şanxayda yerləşən “Jiangnan Shipbuilding” törəmə şirkəti 93 min kubmetr tutumlu dünyanın ən böyük LPG tankerini sifarişçi Sinqapurun “Petredec” gəmiçilik və ticarət şirkətinə təhvil verib.

“Seanews.az” “xəbər verir ki, “Jiangnan Shipbuilding” şirkəti LPG tankerini öz layihəsi əsasında inşa edib.

Maye qazın daşınması üçün dördüncü nəsil nəhəng gəmi “Harzand” adlandırılıb. Uzunluğu 230 metr, eni 36,6 metr, istismar sürəti 16,5 düyün olan gəmi iki yanacaqla işləyən mühərriklə təchiz edilib. Yanacaq və mühərrik yağının istehlakı beynəlxalq standartlara və Beynəlxalq Dəniz Təşkilatının (IMO) istixana qazlarının emissiyasının azaldılması üzrə ən son tələblərinə uyğundur.

Uzun müddətdir ki, Yaponiya və Koreya gəmiçilik şirkətləri nəhəng LPG tankerlərinin istehsalında liderdir. On ildir ki, “Jiangnan Shipbuilding” LPG tankerlərinin layihəsi və tikintisində etdiyi yeniliklərlə Çinin LPG daşıyıcılarında olan boşluğunu doldurmağa çalışır.

2012-ci ildən Şanxay gəmiqayırma zavodu super iri qaz daşıyıcıları üçün ümumilikdə 52 sifariş alıb ki, onlardan 14-ü 93 min kubmetr tutumlu gəmilərdir. “Jiangnan Shipbuilding” hazırda dünyada nəhəng LPG tankerləri bazarında 24,7% paya malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır