Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Yeni tikilən konteyner gəmisi "Wan Hai A09" adlandırılıb

Cənubi Koreyanın Geoye adasında yerləşən “Samsung Heavy Industries” (“SHI”) tərsanəsində konteyner gəmisinə ad verilməsi mərasimi keçirilib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, tədbir xeyriyyə xarakterli olub - mərasim zamanı ianələr toplanıb. 13,1 min TEU tutumlu gəmi "Wan Hai A09" adlandırılıb.

"Wan Hai A09" 13 000 TEU tutumlu konteyner gəmiləri seriyasından üçüncüdür.

Xatırladaq ki, ötən ilin martında “Wan Hai Lines” 13,1 min TEU tutumlu beş konteyner gəmisinin tikintisinə dair müqavilə imzalamışdı.

Konteyner gəmisinin uzunluğu 335 metr, eni 51 metr, suya oturumu 16 metr, maksimal sürəti 22 düyündür.

Bu tip yeni konteyner gəmiləri yüksək enerji səmərəliliyinə və təkmilləşdirilmiş ekoloji göstəricilərə malikdir.

Bundan əlavə, bütün gəmilər “Smart Ship” sinfinə malikdir və hələ qüvvəyə minməmiş EEDI (Enerji Effektivliyi Dizayn İndeksi) tələblərinin ən yüksək səviyyəsinə cavab verir.

“Wan Hai AO9” fevralın sonunda sifarişçiyə təhvil veriləcək. Gəmi Asiya və Şimali Amerika arasındakı xəttə xidmət göstərəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır