Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

9000 TEU tutumlu 9 konteyner gəmisinin tikintisi üçün müqavilə imzalanıb

“HMM Heavy Industries” (“HSHI”) və “HJ Shipbuilding and Construction” (“HJSC”) ilə metanol və adi bunker yanacağı ilə işləmək qabiliyyətinə malik iki yanacaqlı mühərriklərlə təchiz edilmiş, 9000 TEU tutumlu 9 konteyner gəmisinin tikintisi üçün müqavilə imzalayıblar.

“Seanews.az”-ın məlumatına görə, bu gəmilərin yeddisini “HSHI”, ikisini “HJSC” tikəcək. Sifarişin ümumi dəyəri 1,12 milyard dollar təşkil edir. Gəmilərin təhvil verilməsi 2025-ci ildən 2027-ci ilə kimi nəzərdə tutulub.

Konteyner gəmilərinin Asiya-Şimali/Latın Amerikası və Asiya-Hindistan xətlərində istifadə edilməsi planlaşdırılır.

Ötən ilin dekabr ayının sonunda “HMM” 8000 TEU tutumlu 9 konteyner gəmisi sifariş edib. Sifariş Koreyanın dörd tərsanəsi – “Hyundai Heavy Industries” (“HHI”), “Samsung Heavy Industries”, “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) və “HJ Shipbuilding & Construction” arasında bölünüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır