Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

“Haven Guarger” gəmisi Naxodka limanında saxlanılıb

Panama bayrağı altında üzən "Haven Guarger" gəmisi fevralın 9-da 23 nəfər heyətlə birlikdə Rusiyanın Naxodka limanında texniki vəziyyəti və heyət üzvlərinin hüquqları ilə bağlı çoxsaylı pozuntulara görə saxlanılıb.


“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dənizçiləri Həmkarlar İttifaqının Uzaq Şərq regional təşkilatının sədri Nikolay Suxanov məlumat verib.


“Gəmiyə baxış keçirildikdən və yük boşaltma işləri başa çatdıqdan sonra "Haven Guarger" Naxodka limanının reydinə çıxarılıb. Gəmi yalnız Naxodka limanının dövlət liman nəzarəti orqanlarının bütün tələblərini yerinə yetirdikdən sonra yola düşə biləcək”, -deyə Nikolay Suxanov bildirib.


Qeyd edək ki, dənizçilərin hamısı Vyetnam vətəndaşıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır