Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

Hindistan dörd rus şirkətinə dəniz sığortası xidmətləri göstərməyə icazə verib

Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları Nazirliyinin Gəmiçilik Baş İdarəsi Rusiyanın “İnqosstrax”, “Alfastrakhovanie”, “Soqaz” və “VSK” şirkətlərini gəmi sığortası xidmətləri göstərməyə icazə verilən şirkətlər siyahısına daxil edib.

“Seanews.az” bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Bildirilir, bu qərar sanksiyalar altında ticarət fəaliyyətini asanlaşdıracaq.

Xatırladaq ki, müəyyən edilmiş “qiymət tavanı”ndan (hazırda bir barel üçün 60 dollar) yuxarı qiymətlərlə satılan Rusiya neftini daşıyan gəmilərə sığorta xidmətlərinin göstərilməsi qadağandır.  Rusiya bu tədbiri qanunsuz hesab edir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır