Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-05,
Seanews
Heyder Eliyev

Ninbo-Çjouşan limanı yük dövriyyəsinə görə dünyada liderliyini qoruyur

2025-ci ilin yanvar-aprel aylarında Çinin dəniz və çay limanlarının yük dövriyyəsi əvvəlki illə müqayisədə 3,7% artaraq 5,75 milyard tona çatıb. Apreldə bu göstərici 1,53 milyard ton olub ki, bu da illik müqayisədə 4,8% artım deməkdir.

“Seanews.az” Çin Xalq Respublikasının Milli Statistika Bürosuna istinadən xəbər verir ki, dəniz (kabotaj) limanlarının yük dövriyyəsi 1,9% artaraq 3,7 milyard ton təşkil edib. Aprel ayında dəniz limanlarının yük dövriyyəsi illik müqayisədə 2,8% artaraq 964,57 milyon ton olub.

Daha əvvəl bildirilmişdi ki, Çinin Ninbo-Çjouşan limanı ardıcıl 16-cı ildir yük dövriyyəsinə görə dünyada lider olaraq qalır: 2024-cü ildə liman 1,37 milyard ton yük aşırıb. Limanın konteyner dövriyyəsi ötən il 11% artaraq 39,3 milyon TEU təşkil edib.   

Qeyd edək ki, 2024-cü ildə Çinin dəniz və çay limanlarında 17,6 milyard ton yük aşırılmışdı ki, bu da 2023-cü illə müqayisədə 3,7% artım demək idi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır