Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-06-05,
Seanews
Heyder Eliyev

MSC meqa gəmilərlə Afrika qitəsinə səfər edən ilk dənizçilik şirkəti olub

Dünyanın aparıcı konteyner daşıyıcısı MSC (Mediterranean Shipping Company) iki ədəd 24.000 TEU tutumlu ultra böyük konteyner gəmisi ilə Afrika qitəsinə daimi səfərlər həyata keçirən ilk dənizçilik şirkəti kimi tarixə düşüb.

"Seanews.az" xəbər verir ki, şirkət "Afrika Ekspresi" xidmətinin bir hissəsi kimi nəhəng gəmilərini Qana, Toqo, Fil Dişi Sahili və Kamerun limanlarına göndərərək bölgədə ticarət axınını gücləndirməyi hədəfləyir.

Xidmətin açılışı 2021-ci ildə Çində inşa edilmiş və 23.964 TEU tutumuna malik olan "MSC Diletta" gəmisinin aprel ayının sonunda bölgəyə çatması ilə başlayıb. Daha sonra bu istiqamətdə 2023-cü ildə istismara verilmiş və 24.346 TEU tutumu ilə dünyanın ən iri konteyner gəmilərindən biri hesab olunan "MSC Türkiye" gəmisi istismara verilib. Hər iki gəmi 400 metr uzunluğu ilə bölgəyə daha əvvəl göndərilmiş gəmilərdən əhəmiyyətli dərəcədə böyükdür.

Toqonun Lome limanı rəsmiləri bu miqyasda daimi səfərlərin ilk dəfə baş verdiyini bildirərək limanın texniki imkanlarının genişləndirildiyini qeyd ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır