Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-18,
Seanews
Heyder Eliyev

“Aquataurus” quru yük gəmisi bioyanacaq qarışığından istifadə edir

Yunanıstanın “Carras” (Hellas) şirkətinə məxsus “Ultramax” tipli “Aquataurus” quru yük gəmisi ABS təsnifat cəmiyyətindən “Biofuel-1” sinif təyinatı alıb.

“Seanews.az” xəbər verir ki, bu sinif təyinatı IMO və ABS standartlarına uyğun olaraq tərkibində 30%-ə qədər olan bioyanacaq qarışığından istifadə edən gəmilərə verilir.

“Bioyanacaq tərkibi və xassələri mazutla oxşar olan maye karbohidrogen yanacağıdır, lakin bitkilər, kənd təsərrüfatı və meşə təsərrüfatı tullantıları, heyvan tullantıları, bitki və heyvan yağları kimi bərpa olunan mənbələrdən istehsal olunur. Bu yolla, onlar quyudan yanacaq çəninədək zəncirdə istixana qazı emissiyalarını azaltmağa kömək edə bilərlər.

Cəmiyyət qeyd edir ki, bioyanacaqdan istifadə imkanları təkan sisteminin və ya bütün gəminin modernləşdirilməsinə ehtiyac olmadan ekoloji tələblərə cavab verən variantdır. “Aquataurus” gəmisi “Wartsilla” əsas mühərriki və üç “Yanmar” köməkçi mühərriki ilə təchiz edilmişdir.

1862-ci ildə yaradılan Amerika Gəmiçilik Bürosu (ABS) beynəlxalq sertifikatlaşdırma və təsnifat cəmiyyətidir və Beynəlxalq Təsnifat Cəmiyyətləri Assosiasiyasının (IACS) 13 üzvündən biridir. ABS gəmi layihəsi və texniki xidmət standartlarının işlənib hazırlanması və sınaqdan keçirilməsi üzrə ixtisaslaşıb, bunun əsasında təsnifatını həyata keçirir. Baş ofisi Hyustonda (Texas, ABŞ) yerləşən şirkətin dünyanın 70 ölkəsində 200-dən çox nümayəndəliyi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır