Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

Çinin ən böyük tanker şirkəti yük sistemləri paslanmayan poladdan olan yeni gəmilər sifariş edib

Çinin ən böyük ixtisaslaşdırılmış kimyəvi tanker şirkəti “Shanghai Junzheng Shipping” Yangzhou şəhərindəki “China Merchants Jinling” tərsanəsinə anbarları paslanmayan poladdan olacaq bir sıra yeni gəmilərin tikintisini sifariş verib.

“Seanews.az” -ın məlumatına görə, sifarişin ümumi dəyəri 442 milyon ABŞ dolları həcmində qiymətləndirilir.  

Şirkətin donanmasının yenilənməsi proqramının bir hissəsinə çevriləcək yeni “növbəti nəsil” kimyəvi tankerlər “Shanghai Junzheng” gəmiçilik şirkətinə dəniz nəqliyyatı sahəsində rəqabət qabiliyyətini saxlamağa imkan verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır